...

Azərbaycan Uruqvay paytaxtında diplomatik nümayəndəlik açır

Siyasət Materials 23 Dekabr 2013 10:24 (UTC +04:00)
Azərbaycan Uruqvayın paytaxtı Montevideoda diplomatik nümayəndəlik açır. Hazırda Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə bağlı işlər aparılır.
Azərbaycan Uruqvay paytaxtında diplomatik nümayəndəlik açır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Uruqvayın paytaxtı Montevideoda diplomatik nümayəndəlik açır. Hazırda Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə bağlı işlər aparılır. Bu barədə Azərbaycanın Argentinada, eləcə də Uruqvayda akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə Uruqvay xarici işlər naziri Luis Almaqro və bu ölkənin digər rəsmiləri ilə görüşündə bildirilib.

Trend-in məlumatına görə, xəbər Uruqvay XİN-in rəsmi saytında dərc olunub.

Məlumatda deyilir ki, Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə iki ölkənin münasibətlərində yeni mərhələ başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti