...

Azərbaycan və Argentina iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Siyasət Materials 22 Yanvar 2014 16:14 (UTC +04:00)
Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Xulian Dominges ilə görüşündə bu məsələ müzakirə olunub.
Azərbaycan və Argentina iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Argentina iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Xulian Dominges ilə görüşündə bu məsələ müzakirə olunub.

Tərəflər kənd təsərrüfatı, ərzaq emalı, yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağını vurğulayıblar.

Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı, qarşılıqlı olaraq səfirliklərin təsis olunması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müxtəlif sahələrə dair sənədlərin imzalanması, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ-də hər iki ölkənin qeyri-daimi üzvlüyü müddətində səmərəli əməkdaşlıqdan məmnunluq bildirilib.

Azərbaycan və Argentina parlamentlərindəki müvafiq dostluq qruplarının fəaliyyəti və parlamentarilərin qarşılıqlı səfərlərinin Azərbaycan-Argentina əməkdaşlığına verdiyi töhfələr qeyd olunub və parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində işin davam etdirilməsi barədə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti