Azərbaycan, Bakı, 5 fevral /Trend/
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja fevralın 5-də Yerevanda KTMT-nin Kollektiv Aviasiya Qüvvələri və Qoşunların İdarəetmə Sisteminin yaradılması məsələlərini müzakirə ediblər.
Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, tərəflər hərbi sənaye sahəsində birgə müəssisələrin yaradılması, milli narkoloji və kibertəhlükəsizlik mərkəzlərinin təsis edilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər, eyni zamanda, Ermənistanda 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayacaq KTMT Akademiyasının yaradılması üzrə təşkilati məsələlərə toxunublar.
Qeyd edək ki, N.Bordyujanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 4-5-də Ermənistanda səfərdədir.
N.Bordyujanı səfər zamanı KTMT-nin Birləşmiş Qərargahının rəisi Aleksandr Studenikin müşayiət edir.