...

Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edildi

Siyasət Materials 5 Mart 2014 17:39 (UTC +04:00)
Prezident İlham Əliyev Ədalət Cəlal oğlu Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edildi

Azərbaycan, Bakı, 5 mart /Trend/

Prezident İlham Əliyev Ədalət Cəlal oğlu Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Şəmsəddin Hümmət oğlu Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.

Ə.Muradov bu vəzifəyə təyin olunanadək İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ş.Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti