...

Türkiyədə kütləvi etiraz aksiyaları başlayır

Siyasət Materials 11 Mart 2014 16:53 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada ötən il Taksim meydanında keçirilən etiraz askiyaları zamanı ağır yaralanan, bu gün isə vəfat edən 14 yaşlı Bəkir Əlvanın ölümünə etiraz olaraq aksiyalar keçirilir.
Türkiyədə kütləvi etiraz aksiyaları başlayır

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin paytaxtı Ankarada ötən il Taksim meydanında keçirilən etiraz askiyaları zamanı ağır yaralanan, bu gün isə vəfat edən 14 yaşlı Bəkir Əlvanın ölümünə etiraz olaraq aksiyalar keçirilir.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, minlərlə etirazçı hazırda Orta Doğu Texniki Universitetinin qarşısına toplaşır.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib.

Qeyd edək ki, B.Əlvan polisin açdığı atəş nəticəsində başından yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti