...

Davudoğlu: Etirazçının ölümü Türkiyənin daxili işidir

Siyasət Materials 12 Mart 2014 15:56 (UTC +04:00)
Etiraz aksiyası iştirakçısının ölümü Türkiyənin daxili işidir. Trend-in "Hurriyet Daily News"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Davudoğlu: Etirazçının ölümü Türkiyənin daxili işidir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir R.Hafizoğlu/

Etiraz aksiyası iştirakçısının ölümü Türkiyənin daxili işidir. Trend-in "Hurriyet Daily News"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, BMT-nin baş katibi ilə görüşdə Türkiyədə aksiya iştirakçısının ölməsi məsələsi müzakirə olunmayıb.

Qeyd edək ki, ötən gecə Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı Berkin Əlvanın ölümü ilə bağlı təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti