...

Taksim meydanı bağlanıb

Siyasət Materials 12 Mart 2014 15:47 (UTC +04:00)
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, meydanın bağlanmasına səbəb etirazçıların bu ərazidə toplanmasıdır.
Taksim meydanı bağlanıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir R.Hafizoğlu/

İstanbulun Taksim meydanı bağlanıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, meydanın bağlanmasına səbəb etirazçıların bu ərazidə toplanmasıdır.

Etiraz aksiyalarının qarşısını almaq üçün Taksim meydanına və meydana aparan yollara xeyli sayda polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, ötən gecə Türkiyənin 32 şəhərində ötən ilin may ayındakı aksiyalar zamanı yaralanan, dünən səhər saatlarında vəfat edən 15 yaşlı Berkin Əlvanın ölümü ilə bağlı kütləvi etiraz aksiyaları keçirilmişdi.

Dünən polis nümayişçiləri dağıtsa da, hazırda İstanbulda barrikadalar qurulur. Ən irimiqyaslı aksiyalar İstanbul və Ankarada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti