...

XİN: Rusiya Kiyevin viza rejiminin tətbiqindən imtina edəcəyinə ümid edir

Siyasət Materials 21 Mart 2014 11:28 (UTC +04:00)
Moskva ümid edir ki, Kiyev Rusiya ilə viza rejimini tətbiq etmək fikrindən əl çəkəcək.
XİN: Rusiya Kiyevin viza rejiminin tətbiqindən imtina edəcəyinə ümid edir

Azərbaycan, Bakı, 21 mart /Trend/

Moskva ümid edir ki, Kiyev Rusiya ilə viza rejimini tətbiq etmək fikrindən əl çəkəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Onun sözlərinə görə, əgər viza rejimi tətbiq edilərsə, bu, vəziyyəti dəyişəcək: "Viza rejimindən ilk növbədə Ukrayna və Rusiya vətəndaşları əziyyət çəkəcəklər".

Q.Karasinin fikrincə, məsələ ilə bağlı Ukrayna rəhbərliyində fikir ayrılığı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti