...

Bəxtiyar Aslanbəyli: Mühüm enerji infrastrukturlarının mühafizəsi sahəsində NATO ilə əməkdaşlıq imkanları lazımınca dəyərləndirilməlidir

Siyasət Materials 27 Mart 2014 19:04 (UTC +04:00)
Martın 26-27-də Gürcüstanda XIII Beynəlxalq "Neft, qaz, infrastuktur və energetika" (GIOGIE 2014) konfransı keçirilib. Konfransda Gürcüstanın hökumət rəsmiləri və ölkədə fəaliyyət göstərən enerji şirkətlərinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələri təmsil edən ekspertlər və tədqiqatçılar da iştirak ediblər.
Bəxtiyar Aslanbəyli: Mühüm enerji infrastrukturlarının mühafizəsi sahəsində NATO ilə əməkdaşlıq imkanları lazımınca dəyərləndirilməlidir

Azərbaycan, Bakı, 27 mart /Trend/

Martın 26-27-də Gürcüstanda XIII Beynəlxalq "Neft, qaz, infrastuktur və energetika" (GIOGIE 2014) konfransı keçirilib. Konfransda Gürcüstanın hökumət rəsmiləri və ölkədə fəaliyyət göstərən enerji şirkətlərinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələri təmsil edən ekspertlər və tədqiqatçılar da iştirak ediblər.

Konfransın birinci panelində çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, enerji və təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli Xəzər hövzəsinin enerji resurslarının Avropaya ixracının geosiyasi aspektləri barədə məruzə ilə çıxış edib.

Türkmənistanın enerji resurslarının "Cənub Qaz Dəhlizi" vasitəsilə ixracının mümkünlüyünə toxunan ekspert bildirib ki, hazırkı mərhələdə Türkmənistanın ixrac həcmləri ilə bağlı hər hansı öhdəliyi olmasa da, ixrac infrastrukturunun hazır olacağı təqdirdə Türkmənistanın da artıq mövcud infrastrukturdan istifadəsi sadəcə texniki məsələ olacaq.

Enerji infrastrukturunun təhlükəsizlik təminatı ilə bağlı sualı cavablandıran B.Aslanbəyli bildirib ki, hazırda bu sahədə durum ciddi narahatlığa səbəb olmasa da, gələcək perspektivləri, xüsusən də Xəzər hövzəsi resurslarının daha böyük həcmdə Avropaya ixracı imkanlarını və bölgədəki infrastrukturun Avropanın enerji təminatının diversifikasiyasında daha əhəmiyyətli rol oynayacağı ehtimalını nəzərə alsaq, Azərbaycan və Gürcüstandakı enerji infrastrukturlarının təhlükəsizliyinin beynəlxalq təminatı üçün müvafiq addımların atılması zəruridir. Ekspert hesab edir ki, mühüm enerji infrastrukturlarının mühafizəsi sahəsində NATO ilə əməkdaşlıq imkanları lazımınca dəyərləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti