...

Bəxtiyar Aslanbəyli: "NATO-nun Strateji Konsepsiyası yenilənməlidir"

Siyasət Materials 4 Aprel 2014 15:39 (UTC +04:00)
Vilnüsdə NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin təşkil etdiyi "NATO-nun açıq qapı siyasəti: genişlənmənin böyük dalğasından 10 il sonra" mövzusunda beynəlxalq konfransı keçirilib.
Bəxtiyar Aslanbəyli: "NATO-nun Strateji Konsepsiyası yenilənməlidir"

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Vilnüsdə NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin təşkil etdiyi "NATO-nun açıq qapı siyasəti: genişlənmənin böyük dalğasından 10 il sonra" mövzusunda beynəlxalq konfransı keçirilib.

Trend-in məlumatına görə, Litva Prezidentinin iqamətgahında keçirilən konfransda NATO baş katibinin müavini, 13 Avropa ölkəsinin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri ilə yanaşı, müxtəlif ölkələri təmsil edən beyin mərkəzlərinin tədqiqatçıları, təhlükəsizlik məsələləri üzrə ekspertlər də iştirak ediblər. Konfransda ölkəmizi BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli təmsil edib.

Konfransda müasir mərhələdə NATO qarşısında duran yeni vəzifələr, yeni təhlükəsizlik təhdidlərinin vaxtında neytrallaşdırılması və ümumilikdə alyansın həm üzv ölkələr, həm də tərəfdaş ölkələrə münasibətdə strategiyasında mümkün ola biləcək dəyişikliklər ətrafında müzakirələr aparıldı.

"Tərəfdaş ölkələrin rolu: rəqib, müşahidəçi və ya iştirakçı" mövzusunda məruzə ilə çıxış edən Bəxtiyar Aslanbəyli ölkəmizin NATO ilə 20 illik tərəfdaşlıq təcrübəsini müsbət qiymətləndirərək bu əməkdaşlığın daha üst mərhələyə qaldırılmasının vacibliyini qeyd etdi. Ekspert yeni formatın müəyyən edilməsində regiondakı geosiyasi vəziyyətin həssaslıqlarının və Azərbaycanın Avropa enerji təminatının müxtəlifləşdirilməsində oynayacağı rolu nəzərə almağın əhəmiyyətini xüsusi vurğuladı. Cənub Qaz Dəhlizinin reallaşması növbəti illərdə regionun təhlükəsizlik durumuna da təsir edəcək və bu sahədə mümkün təhlükəsizlik çağırışlarının zamanında dəyərləndirilməsi vacibdir.

B.Aslanbəyli bildirdi ki, yeni təhlükəsizlik təhdidlərinin mövcud olduğu bir dövrdə NATO öz fəaliyyətini baş vermiş hadisələrə reaksiya verməklə məhdudlaşdırmamalı, əksinə, gələcək təhdidləri, o cümlədən tərəfdaş ölkələr üçün yarana biləcək təhdidləri əvvəlcədən ciddi şəkildə dəyərləndirməli və belə təhdidlərin aradan qaldırılması üçün geosiyasi reallıqları nəzərə almaqla hazırlıqlar görməlidir. Bu sahədə vacib addımlardan biri də 2010-cu ildə qəbul edilmiş və artıq günün geosiyasi reallıqlarına cavab verməyən NATO-nun Strateji Konsepsiyasinın yenilənməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti