...

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında iqtisadi forum keçiriləcək

Siyasət Materials 12 May 2014 14:27 (UTC +04:00)
Səudiyyə Ərəbistanı krallığı, Azərbaycan və Orta Asiya dövlətləri arasında iqtisadiyyat və əməkdaşlıq üzrə birinci forum Ər-Riyadda keçiriləcək.
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında iqtisadi forum keçiriləcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir R.Hafizoğlu/

Səudiyyə Ərəbistanı krallığı, Azərbaycan və Orta Asiya dövlətləri arasında iqtisadiyyat və əməkdaşlıq üzrə birinci forum Ər-Riyadda keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah əs-Süleym bildirib.

Səfir qeyd edib ki, forum sabah baş tutacaq.

Onun sözlərinə görə, Azərbaycanı forumda XİN rəhbəri Elmar Məmmədyarovun başçılıq etdiyi Xarici İşlər və İqtisadiyyat və Sənaye nazirliklərinin məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək: "Ər-Riyadda keçiriləcək bu forum Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək".

Səfir bildirib ki, tədbirin davamlı olaraq keçirilməsi nəzərdə tutulur və foruma hazırlıq işləri çərçivəsində aprelin 28-29-da tərəflər arasında görüş keçirilib.

Diplomat qeyd edib ki, forum çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bir çox məsələlər, o cümlədən birbaşa hava reyslərinin açılması müzakirə olunacaq.

Onun sözlərinə görə, Krallıq Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafında maraqlıdır: "Azərbaycan ciddi turizm potensialına sahib ölkədir. Yaxşı olardı ki, Azərbaycan haqqında tanıdıcı filmlərdə krallıqdan olan turistlərin cəlb edilməsi üçün müəyyən nüanslar nəzərə alınsın. Bu, Azərbaycana Səudiyyə Ərəbistanından turist axınını artıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti