...

Arzu Rəhimov Türkiyədə səfərbərlik və hərbi xidmətə çağırış təcrübəsi ilə tanış olub

Siyasət Materials 12 İyul 2014 12:15 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyədə səfərdə olub.
Arzu Rəhimov Türkiyədə səfərbərlik və hərbi xidmətə çağırış təcrübəsi ilə tanış olub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyədə səfərdə olub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 7-dən 11-dək Türkiyə Respublikasında səfərdə olub.

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin dəvəti ilə baş tutmuş səfər çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti Ankarada səfərbərlik və çağırış idarələrinin fəaliyyəti ilə də tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti