...

Musa Quliyev: Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri beynəlxalq təşkilatlara ciddi bir mesajdır

Siyasət Materials 7 Avqust 2014 12:45 (UTC +04:00)
Azərbaycan Prezidentinin istər ölkə xaricinə, istərsə də ölkədə regionlara səfəri həmişə əhəmiyyətlidir, ancaq dünən Ağdama etdiyi səfər xüsusi əhəmiyyət kəsb edir.
Musa Quliyev: Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri beynəlxalq təşkilatlara ciddi bir mesajdır

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Prezidentinin istər ölkə xaricinə, istərsə də ölkədə regionlara səfəri həmişə əhəmiyyətlidir, ancaq dünən Ağdama etdiyi səfər xüsusi əhəmiyyət kəsb edir. Bu barədə Trend-ə millət vəkili Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, bu səfərin həm psixoloji, həm hərbi, həm də iqtisadi əhəmiyyəti var: "Cənab Prezidentin Ağdamda olması, orada yerli şəraitlə və hərbi vəziyyətlə tanış olması, Ali Baş Komandan kimi hərbçilərlə müşavirə keçirməsi və onlara tövsiyə və tapşırıqlarını verməsi artıq beynəlxalq mediada da geniş müzakirə olunur və qiymətləndirilir".

Millət vəkilinin sözlərinə görə, bu səfərin böyük hərbi əhəmiyyəti ondan ibarətdir ki, düşmənlər artıq dərk etdilər ki, Azərbaycanın niyyəti çox ciddidir, Azərbaycan Prezidentinin məqsədi həmişə söylədiyi kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir və bu məqsədin həyata keçirilməsi üçün Azərbaycanın istənilən real imkanı vardır: "Səfərin psixoloji əhəmiyyəti ondan ibarətdir ki, artıq bizim həm hərbçilərimiz, bütövlükdə Azərbaycan xalqı Azərbaycan Ali Baş Komandanının Ordu ilə, xalq ilə bir yerdə olmasının və bir yerdə daha sıx fəaliyyət göstərməsinin şahidi oldu və həm hərbçilərimiz, həm də mülki vətəndaşlarımız bundan xeyli ruh yüksəkliyi əldə etdilər".

M.Quliyev vurğulayıb ki, baxmayaraq ki, müharibə hələ başlamayıb, yalnız atəşkəs düşmən tərəfindən pozulub və biz də ona cavab vermişik, artıq bir çox bölgələrdə insanlar özləri hərbi komissarlıqlara müraciət edirlər və könüllü şəkildə orduya yazılmaq istəyirlər".

Millət vəkili deyib ki, bu səfər bir daha onu göstərdi ki, Azərbaycanın çox güclü ordusu, çox qüdrətli Ali Baş Komandanı var, Azərbaycanın Prezidenti ölkə maraqlarını bütün səviyyələrdə və bütün şəraitdə qorumağa, həyata keçirməyə qadir bir şəxsiyyətdir:

"Cənab Prezidentin söylədiyi o fikir ki, istər sülh danışıqları yolu ilə, istərsə də hərbi yolla biz ərazi bütövlüyümüzü mütləq təmin edəcəyik, bu, artıq 20 ildən çoxdur ki, guya Dağlıq Qarabağ problemini həll edəcək beynəlxalq təşkilatlara ciddi bir mesajdır ki, Azərbaycan xalqının səbri dolub və Azərbaycan öz torpaqlarını başqa yollarla azad edə bilər. Bu səfər həm də Azərbaycan xalqına çox ciddi bir siqnal oldu ki, biz torpaqlarımızı azad etmək üçün hər an döyüşə hazır olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti