...

İsrail Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürdü

Siyasət Materials 15 Sentyabr 2014 15:24 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürülüb. Bu məlumatı Trend-ə İsrailin Azərbaycandakı səfirliyindən təsdiqləyiblər.
İsrail Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürdü

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

İsrailin Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürülüb. Bu məlumatı Trend-ə İsrailin Azərbaycandakı səfirliyindən təsdiqləyiblər.

Səfirlikdən bildiriblər ki, İsrailin Azərbaycandakı yeni səfiri vəzifəsinə Dan Stavın namizədliyi irəli sürülüb: "Lakin onun təyinatı hələ təsdiqlənməyib. Bunun nə zaman baş tutacağı da hələ məlum deyil. Hazırda İsrailin Azərbaycandakı səfiri Rafael Harpazdır və o, öz fəaliyyətini davam etdirir".

İsrail hökuməti Azərbaycanla yanaşı, digər ölkələrdə də yeni səfirlərin namizədliyini irəli sürüb.

Səfirlikdən bildirilib ki, yeni namizəd D.Stavın təyinatı həm Azərbaycan, həm də İsrail hökuməti tərəfindən təsdiqlənməlidir: "Hər iki dövlət onun təyinatını təsdiqlədikdən sonra o, növbəti ilin yay aylarından yeni səfir kimi fəaliyyət göstərə biləcək".

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri R.Harpaz Azərbaycanda fəaliyyətinə 2012-ci ildə başlayıb.

Qeyd edək ki, namizədliyi irəli sürülən D.Stav bir müddət İsrailin Nepalda səfiri və Hindistanda müvəqqəti işlər vəkili vəzifəsində fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti