...

Milli Məclisin komitə sədri beynəlxalq təşkilatları vicdansızlıqda ittiham etdi

Siyasət Materials 26 Sentyabr 2014 12:35 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, qeyri-obyektiv hesabatlarla çıxış edən beynəlxalq təşkilatları vicdansızlıqda ittiham edib.
Milli Məclisin komitə sədri beynəlxalq təşkilatları vicdansızlıqda ittiham etdi

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, qeyri-obyektiv hesabatlarla çıxış edən beynəlxalq təşkilatları vicdansızlıqda ittiham edib.

Trend xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında çıxış edən Arif Rəhimzadə bir sıra beynəlxalq qurumları, o cümlədən Avropa Şurası və Avropa Parlamentini Azərbaycana qarşı qərəzli mövqe tutmaqda günahlandırıb. A.Rəhimzadənin qeyd etdiyinə görə, adıçəkilən qurumların Azərbaycanda gedən proseslərlə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri iddialar reallığı əks etdirmir: "Deyirlər ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı xeyli problemlər var. Biz də demirik ki, problemlər yoxdur, deyirik ki, bəli, var. Ancaq eyni zamanda, deyirik ki, 1 milyondan artıq insanın - qaçqın və məcburi köçkünün ata-baba yurdları işğal altında olduğu üçün onların da yerli idarəetmə orqanları, bələdiyyələri yoxdur, niyə bunlardan bir dəfə olsun danışmırsınız?! Bu, vicdansızlıqdır. Eyni zamanda, nöqsanların deyilməsindən də narahat olmağına dəyməz. Çünki biz bu zaman bilirik ki, kim kimdir..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti