...

ATƏT Azərbaycanda ombudsman təsisatının fəaliyyətinə dəstək verəcək

Siyasət Materials 2 Oktyabr 2014 17:56 (UTC +04:00)
ATƏT Azərbaycanda ombudsman təsisatının fəaliyyətinə dəstək verəcək. Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin məsul əməkdaşı, bu qurumun İnsan ölçüsü şöbəsinin yeni təyin edilmiş rəhbəri Blerim Vela Bakıda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ilə görüşdə bildirib.
ATƏT Azərbaycanda ombudsman təsisatının fəaliyyətinə dəstək verəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/

ATƏT Azərbaycanda ombudsman təsisatının fəaliyyətinə dəstək verəcək. Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin məsul əməkdaşı, bu qurumun İnsan ölçüsü şöbəsinin yeni təyin edilmiş rəhbəri Blerim Vela Bakıda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ilə görüşdə bildirib.

Tanışlıq məqsədi daşıyan görüşdə insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

B.Vela təmsil etdiyi qurumun Azərbaycan ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

O, çalışdığı təşkilatın mandatına dəyişikliklər edildikdən sonra fəaliyyətin daha çox ixtisaslaşdırıldığını qeyd edib. Ombudsman təsisatlarının institusional imkanlarının artırılması, əhaliyə daha əlçatan olması, hüquqi xidmətlər göstərməsi istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib.

İnsan hüquqlarının təmin edilməsi sahəsində qarşılıqlı əlaqələr faydalı olduğunu deyən B.Vela qeyd edib ki, hər iki tərəfin imkanlarından səmərəli istifadə etməklə birgə layihələr həyata keçiriləcək.

E.Süleymanova beynəlxalq təşkilatlarla, həmçinin ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti