...

Türkiyə DİN ölkədə etiraz aksiyalarının dayandırılmasına çağırıb

Siyasət Materials 8 Oktyabr 2014 09:54 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əfqan Əla Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman vilayətlərinin əhalisini təhlükəli forma aldığına görə qarşıdurmaları və etiraz aksiyalarını dayandırmağa çağırıb.
Türkiyə DİN ölkədə etiraz aksiyalarının dayandırılmasına çağırıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əfqan Əla Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman vilayətlərinin əhalisini təhlükəli forma aldığına görə qarşıdurmaları və etiraz aksiyalarını dayandırmağa çağırıb. Trend xəbər verir ki, bu barədə çərşənbə güün Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, qarşıdurmalar və etiraz aksiyaları ilə bir məsələni belə həll etmək mümkün deyil.

Nazir ölkədəki qarşıdurmaların və istənilən zorakılıq hallarının qarşısının alınacağını bildirib.

Qeyd edək ki, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Onlar, həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vururlar.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər.

Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

Qeyd edək ki, bu şəhərdə "İslam Dövləti" qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam edir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti