...

AİDA və BMT İP arasında birgə layihələr müzakirə edilib

Siyasət Materials 28 Oktyabr 2014 11:22 (UTC +04:00)
AİDA və BMT İP arasında həyata keçirilən birgə layihələr müzakirə edilib, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
AİDA və BMT İP arasında birgə layihələr müzakirə edilib

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend/

Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) direktor müavini və BMT İP-nin Siyasət və Proqramlara Dəstək İdarəsinin rəhbəri Maqdi Martinez-Solimanla görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı AİDA və BMT İP arasında həyata keçirilən birgə layihələr müzakirə edilib, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti