...

"Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı" İtaliyada

Siyasət Materials 11 Noyabr 2014 18:28 (UTC +04:00)
Milli Məclisin deputatları Fuad Muradov və Asim Mollazadə “Avropa geosiyasi kontekstində Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” regional konfransında iştirak etmək üçün noyabrın 13-dən 16-dək İtaliyanın Kadenabiya şəhərində səfərdə olacaqlar.
"Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı" İtaliyada

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Milli Məclisin deputatları Fuad Muradov və Asim Mollazadə "Avropa geosiyasi kontekstində Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı" regional konfransında iştirak etmək üçün noyabrın 13-dən 16-dək İtaliyanın Kadenabiya şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa İdeyalar Şəbəkəsi ilə Konrad Adenaur Fondunun təşkil etdiyi tədbirdə Avropa Parlamentində Xalq Partiyasının vitse-prezidenti Paulo Rangel, Avropa Komissiyasının rəsmi nümayəndələri, hər üç ölkənin təmsilçiləri iştirak edəcəklər.

Regional konfransda Bosfor boğazından Xəzər dənizinədək ərazidə Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

"Avrasiya bağlılığı və Avropanın enerji təhlükəsizliyi: regional əməkdaşlığın geostrateji uyğunluğu" mövzusu ətrafında müzakirələrdə F.Muradov Azərbaycanla bağlı istiqamətlərdən söhbət açacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq imkanlarının araşdırılacağı tədbirdə Milli Məclisin deputatı A.Mollazadə "Üçtərəfli əməkdaşlıq və Avropa təhlükəsizliyi" məsələsinə dair fikirlərini diqqətə çatdıracaq.

Regional konfransın yekun mərhələsində açıq debat olacaq. İştirakçılar Avropa İttifaqı ilə bu üç ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi yollarını araşdıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti