...

"Ermənilər son təxribatları ilə sübut etdilər ki, sülh danışıqlarına gəlmək istəmirlər"

Siyasət Materials 14 Noyabr 2014 13:47 (UTC +04:00)
“Ermənilər hərbi helikopterlərlə Azərbaycanın hava məkanını pozmaqla bir daha sübut etdilər ki, bunlar sülh danışıqlarına gəlmək istəmirlər”.
"Ermənilər son təxribatları ilə sübut etdilər ki, sülh danışıqlarına gəlmək istəmirlər"

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənilər hərbi helikopterlərlə Azərbaycanın hava məkanını pozmaqla bir daha sübut etdilər ki, bunlar sülh danışıqlarına gəlmək istəmirlər". Bu barədə Trend-ə Milli Məclisin işğal olunmuş Ağdam rayonundan olan deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov qeyd edib ki, ermənilər Paris danışığından dərhal sonra hərbi təlimlər keçirməklə bir daha göstərdilər ki, əgər Paris danışıqlarında gələcəyə hər hansı bir ümid var idisə, bunun üstündən xətt çəkmək üçün bu əməli törətdilər: "Ermənilər əslində işğal olunmuş torpaqlarda, bilavasitə təmas xəttinin yaxınlığına hərbi təlimlər keçirməklə yenə də öz əməllərində, torpaqları işğalda saxlamaqda israrlı olduqlarını göstərdilər. Təəssüf edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın bu hərəkətlərinə kəskin və prinsipial qiymət vermirlər".

Millət vəkili vurğulayıb ki, əslində ermənilər çalışırlar ki, cəbhə bölgəsində dinc vətəndaşlar üçün vahimə, xof yaratsınlar, onları oradan qaçırsınlar: "Onların niyyəti budur. Ancaq Azərbaycan hərbçiləri torpaqların müdafiəsində ayıq-sayıqdırlar, torpaqların müdafiəsini yerinə yetirirlər və yaxşı olardı ki, beynəlxalq təşkilatlar da öz üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti