...

"İslamı ləkələmək cəhdi"

Siyasət Materials 18 Noyabr 2014 11:26 (UTC +04:00)
Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.
"İslamı ləkələmək cəhdi"

Azərbaycan xəbərlər xidməti:

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

İlham Əliyev görüşdə qeyd edib ki, İslam sülh dinidir: "Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək, İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sülhün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir. Buna görə də bu konfrans baxışlarımızı, mövqeyimizi, nöqteyi-nəzərimizi, dini dəyərlərimizi geniş dünya ictimaiyyətinə çatdırmaq və qarşılıqlı anlaşmanın, hörmətin olması üçün daha bir imkandır. O zaman dünya daha təhlükəsiz olar".

Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev hesab edir ki, bu gün İslam dini həm daxili, həm də xarici təsirlərə məruz qalır: "Buna baxmayaraq, Azərbaycanda dini tolerantlıq hökm sürür. Dini baxımdan Azərbaycan dünyada ən tolerant ölkələrdən biridir və cənab Prezident İlham Əliyev bunu Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edərkən də vurğuladı".

A.Nağıyev bildirib ki, istər "Qurani Kərim"də, istər İslam tarixini yazan alimlərin əsərlərində - heç bir yerdə müharibələrə, insanların hüququnu pozmağa yönələn çağırışlar yoxdur: "Təəssüflər olsun ki, dünyanın bəzi kütləvi informasiya vasitələri İslam dinini süni surətdə ləkələmək istiqamətində sanki bir yarışa çıxıblar. Son zamanlar ərəb ölkələrində baş verən hadisələr hamısı İslama qarşı yönəlir. Baxmayaraq ki, dünyada terror təşkilatları içərisində həm xristian, həm də digər dini yönümlü təşkilatlar var, ən çox adları hallanan terror təşkilatlarını İslamla bağlayırlar".

Ekspertin fikrincə, İslam dininin qoyduğu qayda-qanunlarla hərəkət edilsə, dünya daha təhlükəsiz olardı: "Azərbaycan bütün Qafqazda İslam dininin inkişafı üçün böyük səylər göstərir və buna görə də ən böyük məscidin tikintisi Azərbaycanda baş tutur. Azərbaycan xalqı həmişə radikalizmin əleyhinə olub.

Eyni zamanda, Azərbaycanda müxtəlif dinlər arasında yüksək qarşılıqlı münasibətlər və hörmət mövcuddur.

Müasir dövrdə dünyəvilik və İslami dəyərlərin birgə inkişafı mümkündür. Bunlar olandan sonra İslam dininə ləkə gətirməyə çalışan bir sıra qurumlar avtomatik olaraq sıradan çıxacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti