...

Ədliyyə Nazirliyinin bəzi əməkdaşlarına ali xüsusi rütbə və fəxri adlar verilib (SİYAHI)

Siyasət Materials 20 Noyabr 2014 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Ədliyyə Nazirliyinin bəzi əməkdaşlarına ali xüsusi rütbə və fəxri adlar verilib (SİYAHI)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Adil Şirməmməd oğlu - Qanunvericilik baş idarəsinin rəisi
Qasımov Elçin Lütvəli oğlu - Təşkilat-nəzarət baş idarəsinin rəisi

Dövlət başçısının digər sərəncamı ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar hüquqşünas"

Musayev Toğrul Sirac oğlu

"Əməkdar həkim"

Hüseynov Füzuli Fazil oğlu

Prezident Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştirak etdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Quliyev Mədət Qəzənfər oğlu

"Tərəqqi" medalı ilə:

Məmmədova Zemfira Bəylər qızı
Tahirli Rasim Bəkir oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Əhmədova Ülviyyə Mahmud qızı
Əliyev Niyaməddin Cabbar oğlu
Hacıyev Rəşad Yavər oğlu
Həsənov Fərhad Fərrux oğlu
Hüseynov Nizami Əli oğlu
Xəlilov Qədir Rövşən oğlu
Salmanova Səbinə Qədir qızı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti