...

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Çada səfər edib

Siyasət Materials 21 Noyabr 2014 11:26 (UTC +04:00)
Səfərə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı tərəfindən başçılıq edilir.
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Çada səfər edib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) tərəfindən donor ölkələrin nümayəndələri üçün Çada təşkil olunan səfərdə iştirak edir. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı tərəfindən başçılıq edilir.

Səfərin təşkilində əsas məqsəd Çadda davam edən humanitar vəziyyətlə tanışlıq və ölkəyə göstərilən yardımların əlaqələndirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Dünyanın aparıcı ənənəvi və yeni donor ölkələri, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi proqram çərçivəsində Çadın yüksək dövlət və hökumət rəsmiləri, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti