...

Novruz Məmmədov: Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır

Siyasət Materials 21 Noyabr 2014 11:22 (UTC +04:00)
Qərbdə və Avropada bəziləri asanlıqla ermənilərin təsiri altına düşərək mövqe bildirirlər.
Novruz Məmmədov: Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Qərbdə və Avropada bəziləri asanlıqla ermənilərin təsiri altına düşərək mövqe bildirirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

PA rəsmisi deyib ki, erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır: "Təəssüf ki, həmsədrlərin mövqelərində də bu, özünü vaxtaşırı büruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti