...

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti başa çatır

Siyasət Materials 21 Noyabr 2014 17:28 (UTC +04:00)
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti sabah saat 18:00-da başa çatır.
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti başa çatır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti sabah saat 18:00-da başa çatır. Trend-in məlumatrına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyə qədər 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.

MSK sədri qeyd edib ki, namizədliyini irəli sürənlərin 25 387 nəfəri kişi, 8753 nəfəri (34 faiz) isə qadındır: "Namizədliyini irəli sürənlərin 22 min nəfəri ali təhsillidir. İndiyə qədər namizədliyi qeydə alınanların sayı 29 minə yaxındır. Nəzərə alsaq ki, bu seçkilər zamanı 15 035 bələdiyyə üzvü seçilməlidir, deməli, hazırda 1 yerə 2 nəfər namizəd iddialıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti