...

Müsavat Partiyasının narazı üzvləri yeni qurumun nizamnaməsini hazırlayırlar

Siyasət Materials 26 Noyabr 2014 10:53 (UTC +04:00)
Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər yeni yaradacaqları qurumun nizamnaməsini hazırlayırlar.
Müsavat Partiyasının narazı üzvləri yeni qurumun nizamnaməsini hazırlayırlar

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər yeni yaradacaqları qurumun nizamnaməsini hazırlayırlar. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy yeni yaranacaq qurumun partiya və ya ictimai birlik olması barədə danışmağın hələ tez olduğunu bildirib. O qeyd edib ki, qurumun hansı formada olacağı yaxın günlərdə bilinəcək.

Başqanlığa keçmiş namizəd mübarizədən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, son qurultay zamanı baş verən saxtakarlıqlar aradan qaldırılmayana və ədalət bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti