...

Dekabrın 10-da Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü keçiriləcək

Siyasət Materials 26 Noyabr 2014 16:22 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü Türkiyənin Qars şəhərində keçiriləcək.
Dekabrın 10-da Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü keçiriləcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü Türkiyənin Qars şəhərində keçiriləcək. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, üçtərəfli görüşlərin dekabrın 10-da baş tutacağı gözlənilir.

Görüş çərçivəsində siyasi məsələlərlə yanaşı, iqtisadi və enerji məsələlərinin də müzakirə olunacağı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti