...

Cəmil Çiçək: Ermənistan dünyanı aldada bilməyəcək

Siyasət Materials 27 Noyabr 2014 12:27 (UTC +04:00)
Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı öz fəaliyyəti ilə dünyanı aldada bilməyəcək.
Cəmil Çiçək: Ermənistan dünyanı aldada bilməyəcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistan 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması ilə bağlı öz fəaliyyəti ilə dünyanı aldada bilməyəcək. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBBM) sədri Cəmil Çiçək bəyan edib. Bu barədə Trend cümə axşamı "Anadolu" agentliyinə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, son vaxtlar ermənilər və erməni lobbisi dünya parlamentlərinin 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanıması üçün səylərini gücləndirib.

Spiker qeyd edib ki, Ankara arxivləri açmağa və 1915-ci il hadisələrini yenidən araşdırmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti