...

Azərbaycan səfirliyi qarşısında çex hüquq müdafiəçilərinin aksiyası - növbəti qrant dəstəyi əldə etmək cəhdidir

Siyasət Materials 28 Noyabr 2014 00:42 (UTC +04:00)
Azərbaycanın səfirliyinin Praqadakı binasının qarşısında "Nesehnuti" qeyri-hökumət təşkilatının aktivistlərinin belə adlandırılan "aksiyası" növbəti qrant dəstəyi əldə etmək cəhdindən başqa bir şey deyil.
Azərbaycan səfirliyi qarşısında çex hüquq müdafiəçilərinin aksiyası - növbəti qrant dəstəyi əldə etmək cəhdidir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın səfirliyinin Praqadakı binasının qarşısında "Nesehnuti" qeyri-hökumət təşkilatının aktivistlərinin belə adlandırılan "aksiyası" növbəti qrant dəstəyi əldə etmək cəhdindən başqa bir şey deyil.

Bunu Trend-ə Azərbaycanın Çexiyadakı səfirliyindən bu təşkilatın aktivistlərinin kiçik qrupunun bugünkü aksiyasını şərh edərkən bildiriblər.

"Çex QHT-nin bir qrupu adamları hüquqlarının müdafiəsi bəhanəsi ilə bu ölkədə Azərbaycanın səfirliyinin binasından qarşısında icazəsiz mitinqi keçirməyə cəhd göstəriblər. Çexiyanın qanunvericiliyinə əsasən təşkilatçılar öncədən belə aksiyanın keçirilməsinə icazəni almalı idilər. Ancaq, daha sonra bilinib ki, bu qeyri-hökumət təşkilatın yerli hakimiyyət orqanlarıyla öz aksiyasını razılşadrmayıblar. Səfirlik polisə müraciət etməyə məcbur olub. Səfirliyin binasına polislərin gəlməsində sonra mitinq edənlər səfirliyə yaxın ərazini tez tərk ediblər", məlumatda deyilir.

Təşkilatın saytında yerləşdirilmiş və cəmi bir neçə dəqiqə davam edən "aksiyada" informasiya və şəkillər həqiqətə uyğun deyil və əslində insan hüquqlarının müdafiəsi bəhanəsi ilə beynəlxalq təşkilatlardan növbəti qrantları almaq məqsədi daşıyır, məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti