...

Oqtay Əsədov: Azərbaycana necə münasibət göstərirlərsə, elə də münasibət görəcəklər

Siyasət Materials 28 Noyabr 2014 12:31 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentinin (AP) rəhbəri Martin Şultsun Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərini əsassız hesab edir.
Oqtay Əsədov: Azərbaycana necə münasibət göstərirlərsə, elə də münasibət görəcəklər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentinin (AP) rəhbəri Martin Şultsun Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərini əsassız hesab edir.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında O.Əsədov qeyd edib: "Birinci Avropa İttifaqının tərkibindəki dövlətlərə, orada olan antisemitizmə, diskriminasiyaya, orada olan miqrantlara münasibətə baxsınlar. Başqa ölkələrdə polis əməkdaşlarının apardığı qəddarlığa baxsınlar. Bunların başqa işləri-gücləri yoxdur. Avropada bir neçə müsəlman ölkəsi var, bütün diqqətlərini cəmləyib onlara qarşı şərləmə işləri ilə məşğuldular. Bunlar artıq açıq yalan danışmağa başlayıblar. Cənab Şults deyir ki, guya Azərbaycan dövlətinə müraciət edib ki, Leyla Yunusun məsələsi ilə əlaqədar Azərbaycana parlament qrupu gəlsin. Amma tam yalandır. Nə Milli Məclisə, nə Azərbaycan hökumətinə heç bir müraciət olunmayıb. Hətta biz bilən məlumata görə, onlar heç qrup da təşkil edə bilməyiblər".

O.Əsədov deyib ki, Avropa Parlamenti kimi mötəbər bir təşkilatın iclasında açıq yalan demək heç bir siyasi xadimə hörmət gətirmir: "Biz necə münasibət görürük, elə də münasibət göstərəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti