...

Putin: Türkiyə və Rusiya regional məsələləri müzakirə edəcəklər

Dünya xəbərləri Materials 28 Noyabr 2014 13:45 (UTC +04:00)
Türkiyə və Rusiya regional məsələləri müzakirə edəcəklər.
Putin: Türkiyə və Rusiya regional məsələləri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə və Rusiya regional məsələləri müzakirə edəcəklər. Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Anadolu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər regional məsələlərlə yanaşı, siyasi və iqtisadi əlaqələrin inkişafını müzakirə edəcəklər.

Səfər zamanı Türkiyədə "Akkuyu" atom elektrik stansiyasının tikintisi məsələsinin də müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, V.Putinin Türkiyəyə səfəri bu il dekabrın 1-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti