...

Ermənistan prezidentinin impiçmenti: parlament yuxudan ayılır?

Siyasət Materials 28 Noyabr 2014 16:15 (UTC +04:00)
Ermənistan prezidentinin və onun yaxınlarının hakimiyyətdən sui-istifadə etdiyi uzun illər ərzində ölkə parlamenti gözlənilmədən yuxudan ayılaraq hərəkətə keçmək qərarına gəlib.
Ermənistan prezidentinin impiçmenti: parlament yuxudan ayılır?

Elmira Tariverdiyeva - Trend:

Ermənistan prezidentinin və onun yaxınlarının hakimiyyətdən sui-istifadə etdiyi uzun illər ərzində ölkə parlamenti gözlənilmədən yuxudan ayılaraq hərəkətə keçmək qərarına gəlib.

Təəccüblü olsa da Ermənistan KİV-də bu gün belə bir məlumat meydana çıxıb ki, Ermənistan prezidenti postunu tutan Serj Azatoviç Sarkisyan vəzifə səlahiyyətlərini aşıb. Bu barədə "Erməni Millli Konqresi"ndən deputat Nikol Paşinyan tərəfindən hazırlanaraq parlamentə təqdim olunan "Ermənistan prezidenti postunu tutan Serj Sarkisyanın impiçmenti haqqında" qərar layihəsində deyilir. "Epress.am" nəşri yazır ki, layihə "Aykakan Jamanak" qəzetində dərc edilib.

Sarkisyanın günahları sırasına 2009-cu ilin iyununda öz təqsirini ört-basdır etmək məqsədilə 2008-ci ilin 1-2 mart hadisələri üzrə faktların [prezident postuna müxalifətdən olan namizədin tərəfdarlarının dinc nümayişinin qüvvə tətbiq edilməklə dağıdılması, 10 nəfərin ölümü, yüzlərlə müxalifətçinin həbsi] toplanması üzrə qrupun buraxılması barədə əmr imzalanmasından tutmuş 2011-ci ilin ortalarında Rusiya Ermənistan üçün qazın qiymətini artırarkən bu barədə yerli istehlakçılara məlumat verməməsinə qədər bir sıra məsələlər daxildir.

Lakin əlinizi ürəyinizin üstünə qoyun ki, bu, yalnız aysberqin görünən tərəfidir. Əslində Sarkisyanın Ermənistan xalqı qarşısında günahları daha çox və dəhşətlidir.

Onun millətin məhvində dolayısilə iştirakını sadəcə sübut edən ölkədəki demoqrafik vəziyyətdən başlamaq olar. Ölkəni tərk etməyi bacaran hər kəs başqa dövlətin vətəndaşı kimi erməni adlanmaq hüququnu özündə saxlamaqla çıxıb gedib. Qorxunc iqtisadi vəziyyətdə olan ölkədə qalanlar böyük demoqrafik artımla fəxr edə bilməzlər. Bunu anlamaq mümkündür. Milli valyutanın məzənnəsinin daimi olaraq düşdüyü, artan işsizlik və erməni diasporunun verdiyi sədəqələr şəraitində uşaq dünyaya gətirmək dəhşətdir.

Ermənistan üç əsas demoqrafik göstərici - doğum səviyyəsi, miqrasiya və qocalma üzrə ciddi problemlərə malikdir. SSRİ-nin süqutundan sonra ölkə əhalisi təxminən iki dəfə azalıb. Və buna görə də Ermənistan hökumətinə, məhz Sarkisyana "çox sağ ol" demək lazımdır ki, öz ambisiyaları üzündən iqtisadi vəziyyəti düzəltmək, Türkiyə və Azərbaycan tərəfdən blokadanı götürmək, sərhədləri açmaq üçün heç nə etmir.

Bunun əvəzinə Ermənistan prezidenti başqa qərarlar qəbul edir. Hüquqi nöqteyi-nəzərdən Gömrük İttifaqının üzvü olmaqla eyni vaxtda Avropa İttifaqı ilə assosiasiyalar və azad ticarət zonaları haqqında sazişə nail olmağın qeyri-mümkünlüyünə göz yuman Sarkisyan taleyüklü qərarlar qəbul edir və Rusiyanın təşəbbüsünə qoşulmaq qərarına gəlir.

Ermənistanın Aİ ilə assosiasiyalar və azad ticarət zonaları haqqında sazişə malik olmasının xalqın vəziyyətini şübhəsiz ki, bir qədər yaxşılaşdıracağını nəzərə almadan rəsmi Yerevan bir daha bunun onlar üçün fərqi olmadığını, amma Rusiya liderləri ilə şəxsi münasibətlərinin vacib olduğunu nümayiş etdirdi.

Rusiya ilə sərhədə malik olmayan Ermənistan Gömrük İttifaqına daxil olmaqdan çox az udacaq. Mahiyyətcə, Ermənistan üçün bu struktura daxil olmağın heç bir iqtisadi məqsədəuyğunluğu yoxdur. Özü də indi, Rusiyanın onsuz da bu kiçik yoxsul ölkədən başqa kifayət qədər problemləri olduğu bir vaxtda RF elə öz pensiyaçılarının pensiyalarını ödəyərdi, əbədi ac olan Yerevanı yedirməzdi.

Bundan başqa, Gömrük İttifaqında qüvvədə olan vahid gömrük qanunvericiliyi erməni siyasi elitasının əslində ölkəni idarə edən yuxarı oliqarx təbəqələrinə əl verir. Özü də Serj Sarkisyanın razılığı ilə. İri idxalçılar - erməni oliqarxlar ölkənin Gömrük İttifaqına üzv olmasından sonra öz sövdələşmələrinin böyük hissəsini iqtisadiyyatın kölgə sektorunda qarışdıra biləcəklər. Başqa sözlə, Gömrük İttifaqına daxil olduqdan sonra Ermənistanla sərhəddə tutulan gömrük rüsumları İttifaqın büdcəsinə düşəcək, daha sonra isə əvvəlcədən müəyyən edilmiş kvotaya görə ölkənin dövlət büdcəsinə qaytarılacaq. Yəni mal gətirilərkən gömrük rüsumları ödəyən oliqarxlar öz pullarını Ermənistan büdcəsindən geri alacaqlar ki, bu da yalnız korrupsiyanı dərinləşdirəcək və kiçik biznesin imkanlarını məhdudlaşdıracaq.

Hər halda görünür ki, Ermənistan parlamentinin prezidentin impiçmentini elan etmək üçün bir deyil, bir çox səbəbləri var. Lakin Sarkisyan istefa verəcəyi təqdirdə belə, bunun mənası olacaqmı? Çox güman ki, yox. Çünki Sarkisyan Ermənistanın nüfuzlu "boz kardinallar"ının əlimdə oyuncaqdır. Onlar onun yerinə elə bir iradəsiz marionet qoyacaqlar ki, o, Ermənistan xalqının deyil, hakimiyyətin qayğısına qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti