...

Türkiyə Roma Papasının xahişini qəbul etməyib

Siyasət Materials 28 Noyabr 2014 14:31 (UTC +04:00)
Türkiyə Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı adi avtomobillə hərəkət etmək barədə xahişini yerinə yetirməkdən imtina edib.
Türkiyə Roma Papasının xahişini qəbul etməyib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı adi avtomobillə hərəkət etmək barədə xahişini yerinə yetirməkdən imtina edib.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə imtinanı təhlükəsizlik tələbləri ilə əlaqələndirib.

Roma Papasının Türkiyəyə səfərində təhlükəsizliyi 6 min polis qoruyacaq. O, Türkiyəyə səfər edəcək dördüncü Roma Papası olacaq.

Bunadək Türkiyəyə Papa VI Pavel (1967-ci il), Papa II İohan Pavel (1979) və Papa XVI Benedikt (2006) səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti