...

Nizami Cəfərov: Türkiyəyə təzyiqlər Ermənistanla sərhədlərin açılmasına təsir etməyəcək

Siyasət Materials 29 Noyabr 2014 11:08 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində heç bir güzəştə getmək olmaz. Bu barədə Trend-ə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.
Nizami Cəfərov: Türkiyəyə təzyiqlər Ermənistanla sərhədlərin açılmasına təsir etməyəcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində heç bir güzəştə getmək olmaz. Bu barədə Trend-ə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov qeyd edib ki, hazırki dövrdə beynəlxalq aləmdə bir-birinə zidd, mürəkkəb proseslər baş verir:

"Biz buna hazır olmalıyıq və Azərbaycanda da, Türkiyədə də yürüdülən siyasət bunu nəzərə alır. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi dəfələrlə müzakirə olunub. Lakin dövlət rəhbərləri səviyyəsində də, ümumi ictimai rəy səviyyəsində də Türkiyədə həmişə belə bir mövqe möhkəm müdafiə olunub ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmamış və Dağlıq Qarabağ problemi həll olunmamış, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Bu, dəfələrlə deyilib və burada hansısa dövlətlərin hər hansı bir təzyiqinin heç bir əhəmiyyəti yoxdur. Çünki burada söhbət bizim xalqlarımızın taleyi məsələsindən gedir".

N.Cəfərov qeyd edib ki, Türkiyənin bir neçə il öncə bu məsələ ilə bağlı Ermənistanla danışıqlara getməsi də Ermənistana dərs olmadı:

"Artıq elə bir vəziyyətdir ki, burada məsələnin həll edilməsi üçün hansısa jestlər heç bir perspektiv vəd etmir. Bu məsələdə bizim xalqlarımızın da, dövlətlərimizin də mövqeyi kifayət qədər möhkəmdir və sərhədlərin açılması məsələsi ciddi müzakirə obyekti ola bilməz və gündəmə gətirilə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti