...

Azərbaycanlı zabitlər bəzi əməliyyatlar üzrə Türkiyədə kurs keçəcəklər

Siyasət Materials 29 Noyabr 2014 11:14 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycanlı zabitlər bəzi əməliyyatlar üzrə Türkiyədə kurs keçəcəklər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 1-dən 5-dək Türkiyənin paytaxtı Ankara şəhərində Böhranlara cavab əməliyyatları üzrə qərargah zabiti kursu, dekabrın 1-dən 26-dək isə Türkiyənin Konya şəhərində Kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə zabit kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti