...

Parlamentdə təklif: Azərbaycan nümayəndə heyətləri beynəlxalq tədbirlərdə Azərbaycan dilində danışmalıdır

Siyasət Materials 16 Dekabr 2014 12:24 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda öz çıxışlarını Azərbaycan dilində etməsi təklif olunur.
Parlamentdə təklif: Azərbaycan nümayəndə heyətləri beynəlxalq tədbirlərdə Azərbaycan dilində danışmalıdır

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda öz çıxışlarını Azərbaycan dilində etməsi təklif olunur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Quliyev deyib.

O, qeyd edib ki, Azərbaycan parlamentinin nümayəndə heyətləri beynəlxalq təşkilatlarda çox fəal çalışırlar: "Mən istərdim ki, orada bizim çıxışlarımız Azərbaycan dilində səslənsin. Düzdür, bir sıra deputatlarımız ingilis dilində bilir, amma bir sıra ölkələrin nümayəndələri beynəlxalq təşkilatlarda öz dillərində danışdığı halda biz nədən öz dilimizdə danışmamalıyıq? Biz özümüzlə tərcüməçi apara bilərik. Hesab edirəm ki, bu elə də böyük xərc tələb etmir, amma bunu etməyimiz Azərbaycana böyük hörmət gətirər".

Milli Məclisin sədri Oqtay Əsədov təklifə etiraz etmədiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti