...

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi

Siyasət Materials 17 Dekabr 2014 15:22 (UTC +04:00)
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Başsağlığında deyilir: "Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.

Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti