...

Prokurorluq Türkiyənin "Zaman" qəzetinin baş redaktorunun həbsini tələb edir

Siyasət Materials 18 Dekabr 2014 10:18 (UTC +04:00)
İstanbul prokurorluğu Türkiyənin “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının həbs edilməsini tələb edib.
Prokurorluq Türkiyənin "Zaman" qəzetinin baş redaktorunun həbsini tələb edir

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbul prokurorluğu Türkiyənin "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlının həbs edilməsini tələb edib. Bu barədə Trend cümə axşamı "TRT Haber" telekanalına istinadən məlumat yayıb.

Həmçinin, adları açıqlanmayan daha 16 nəfərin həbs edilməsi tələb olunub.

Həmin şəxslər barəsində cinayət işi açılıb. Onlar KİV-də qeyri-səhih məlumatlar yaymaqda, məqalə hazırlanarkən mənbələrin saxtalaşdırılmasında, eləcə də Fətullah Gülən tərəfdarları ilə əlaqələrdə günahlandırılırlar.

Dumanlı polis tərəfindən dekabrın 14-də saxlanılıb. Habelə qəzetin və "Samanyolu" televiziyasının Gülən hərəkatında iştirakda şübhəli bilinən əməkdaşları saxlanılıblar.

Qeyd edək ki, Aİ və ABŞ Türkiyədə baş verən həbsləri pisləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti