...

Peru Azərbaycana səfir təyin edib

Siyasət Materials 19 Dekabr 2014 11:24 (UTC +04:00)
Perunun Türkiyədəki səfiri Corc Enrike Abarka del Kaprio eyni zamanda Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Peru Azərbaycana səfir təyin edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Cəmilə Cəfərova/

Perunun Türkiyədəki səfiri Corc Enrike Abarka del Kaprio eyni zamanda Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilib. Trend xəbər verir ki, bu barədə Peru mətbuatı məlumat yayıb.

Səfirin iqamətgahı Ankarada yerləşir. Akreditasiya və səlahiyyətlər "Diplomatik xidmət haqqında" qanuna uyğun verilib və Perunun Nazirlər Şurasında səsvermə ilə təsdiqlənib. Qərarı ölkə Prezidenti və XİN rəhbəri imzalayıb.

Azərbaycanı Peruda səfir İlqar Muxtarov təmsil edir. Onun iqamətgahı Meksikada yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti