...

Özbəkistan vətəndaşları Bakıda Özbəkistanın parlament seçkilərində səs vermək imkanına malik olacaqlar

Siyasət Materials 19 Dekabr 2014 15:51 (UTC +04:00)
Özbəkistanın Bakıdakı Səfirliyi ölkənin parlament qanunverici palatası (Oliy Məclisinə), həmçinin mötəbər hakimiyyət orqanları sayılan vilayət, rayon və şəhər xalq deputatları şurasına seçkilərdə səsvermə üçün seçki məntəqəsi təşkil edir.
Özbəkistan vətəndaşları Bakıda Özbəkistanın parlament seçkilərində səs vermək imkanına malik olacaqlar

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Özbəkistanın Bakıdakı Səfirliyi ölkənin parlament qanunverici palatası (Oliy Məclisinə), həmçinin mötəbər hakimiyyət orqanları sayılan vilayət, rayon və şəhər xalq deputatları şurasına seçkilərdə səsvermə üçün seçki məntəqəsi təşkil edir.

Səfirlikdən Trend-ə bildiriblər ki, məntəqə Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci şosse, 9-cu döngə, ev 437 ünvanında yerləşən Özbəkistan Səfirliyində, dekabr ayının 21-i Bakı vaxtı ilə saat 06:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Özbəkistan vətəndaşları bu məntəqədə səs verə biləcəklər.
Əvvəlcədən qeydiyyatdan keçmək zərurəti yoxdur. Seçkilərdə iştirak etmək üçün yalnız Özbəkistan vətəndaşı pasportu tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti