...

ABŞ-ın Azərbaycandakı səfirliyi siyasi partiya liderləri ilə görüşə aydınlıq gətirdi

Siyasət Materials 19 Dekabr 2014 16:49 (UTC +04:00)
Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil.
ABŞ-ın Azərbaycandakı səfirliyi siyasi partiya liderləri ilə görüşə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfirliyi siyasi partiya liderləri ilə görüş məsələsinə aydınlıq gətirdi.

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir ki, müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil: "Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlıq etmək ümidindəyik".

Məlumatda qeyd edilir ki, ABŞ səfirliyi mətbuatda Birləşmiş Ştatların növbəti seçkilərə dair guya planlaşdırdığı siyasəti barədə dərc edilən anonim iddialardan agahdir: "Sözügedən məqalələr tamamilə həqiqətə uyğun deyil. ABŞ səfirliyindən hər hansısa məlumatın şərh olunması xahiş olunmayıb və biz sözügedən məlumatları təkzib edirik. Müvəqqəti işlər vəkili Derek Hoqan həqiqətən də siyasi partiyaların baxışlarını daha yaxşı anlaması məqsədilə bir sıra partiyalarla görüşlər keçirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti