...

Bosniya Azərbaycan üçün viza rejimini ləğv edib

Siyasət Materials 19 Dekabr 2014 18:22 (UTC +04:00)
Bosniya və Herseqovinanın Nazirlər Şurası Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.
Bosniya Azərbaycan üçün viza rejimini ləğv edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Cəmilə Cəfərova/

Bosniya və Herseqovinanın Nazirlər Şurası Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.

Trend-in "Turkishweekly" jurnalına istinadən verdiyi məlumata görə, Bosniya, həmçinin BƏƏ, Oman, Bəhreyn, Baham adaları, Barbados və digər dövlətlərlə də viza rejimini ləğv edir.

Qərar yekdilliklə qəbul edilib.

Hazırda ümumilikdə 72 ölkənin vətəndaşı Bosniyaya vizasız səfər edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti