...

Azərbaycanda yaşayan Özbəkistan vətəndaşları fəal səs verirlər

Siyasət Materials 21 Dekabr 2014 14:48 (UTC +04:00)
Azərbaycanda yaşayan və müvəqqəti olan Özbəkistan vətəndaşları Bakıda seçki məntəqəsində fəal səs verirlər.
Azərbaycanda yaşayan Özbəkistan vətəndaşları fəal səs verirlər

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir Yelena Kosoplapova/

Azərbaycanda yaşayan və müvəqqəti olan Özbəkistan vətəndaşları Bakıda seçki məntəqəsində fəal səs verirlər. Bu barədə Trend-ə Özbəkistanın Bakıdakı səfirliyindən bildiriblər.

Saat 6:00-dan məntəqə açılandan və 13:00-ə qədər artıq 115 insan səs verib, vəbu da təxminən bütün qeyd edilmiş seçicilərin 70 faizini təşkil edir.

Səs verənlərin arasında həmçinin səfirlikdə konsul hesabatına daxil olmayan Özbəkistanın vətəndaşları var, hansılar ki müvəqqəti olaraq Azərbaycandadırlar, məsələn turistlər və ezam edilmişlər.

Qanuna görə, onlar həmçinin Bakıda seçki məntəqəsində səs vermək hüququna malikdirlər.

Əvvəlcə Bakıda seçicilərin siyahısına 150 nəfər daxil edilmişdi.

Seçki məntəqəsində seçicilərin azad səs verə bilməsi üçün bütün şərait yaradılıb. Bakıda seçki məntəqəsində səsvermə Bakı vaxtı ilə saat 20:00-a qədər davam edəcək.

Seçkilərdə iştirak üçün Özbəkistan vətəndaşının qüvvədə olan pasportu lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti