...

Qış gəldi, hava proqnozu məlum, bəs Azərbaycan siyasətində nələr gözlənilir?

Siyasət Materials 22 Dekabr 2014 00:01 (UTC +04:00)
Bu gün qış fəsli başlayır.
Qış gəldi, hava proqnozu məlum, bəs Azərbaycan siyasətində nələr gözlənilir?

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Bu gün qış fəsli başlayır.

Trend-in məlumatına görə, bu gün Yer Qış günəş duruşu nöqtəsindən keçir. Qış günəş duruşundan keçəndən sona Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış gəlir.

Bu hərəkət epliktika boyunca davam edir. Bu da o deməkdir ki, Yer epliktika boyunca hərəkəti zamanı 4 əsas nöqtədən keçir və proses Qış günəş duruşundan yaz bərabərliyi nöqtəsinə kimi davam edir. Həmin nöqtədə gecə-gündüz bərabərləşir. Qış günəş duruşundan keçəndən bir neçə gün sonra gündüzlərin uzunluğu artacaq, gecələrin uzunluğu isə azalacaq. Qış Günəş duruşunun xarakterik xassəsi ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər veriri ki, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyələrinə görə adətən yanvar və fevral ayalrında bölgəmiz daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır və buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi də istisna olunmur. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi dövrlərdə normadan aşağı düşəcəyi ehtimal olunur.

Bu qış fəsli havalar soyuq keçsə də, Azərbaycan siyasi həyatında bir istilik müşahidə ediləcək. Dağlıq Qarabağ probleminin həllində atılacaq addımlar, ilk Avropa Oyunlarına hazırlıq, ölkənin inkişafına xələl vurmaq istəyən xarici qüvvələrə qarşı mübarizə, Xocalı soyqırımının ildönümünün qeyd edilməsi, qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı dünya ölkələri tərəfindən reallaşdırıla biləcək təxribatlara cavab bir çox buzları əridə bilər.

Qışınız mübarək həmvətənlərimiz, soydaşlarımız, Azərbaycanımız!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti