...

MSK sədri mətbuat nümayəndələrinə müraciət etdi

Siyasət Materials 22 Dekabr 2014 17:07 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabah keçiriləcək bələdiyyə seçkilərində mətbuat işçilərini fəal olmağa çağırıb.
MSK sədri mətbuat nümayəndələrinə müraciət etdi

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabah keçiriləcək bələdiyyə seçkilərində mətbuat işçilərini fəal olmağa çağırıb.

Trend-in məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında M.Pənahov qeyd edib ki, əgər seçkilər zamanı hansısa xoşagəlməz hallar baş verərsə, mətbuat nümayəndələri buna seyrçi kimi qalmamalıdır.

Onun sözlərinə görə, əgər mətbuat nümayəndələri buna seyrçi kimi qalırsa, deməli, onların da burada hansısa marağı var: "Hansısa xoşagəlməz hallar baş verərsə, dərhal bizə məlumat verin ki, o hallar qəsdən baş veribsə, həmin insanlar komissiyalardan uzaqlaşdırılsın, yox əgər bilməyərəkdən baş veribsə, maarifləndirmə işləri aparılsın. Biz burada şəxsi maraqlardan uzaq olmalıyıq. KİV nümayəndələri bu məsələlərə bu cür yanaşanda, bunun pis nəticələri olur. Bütün KİV nümayəndələrinə müraciət edirəm ki, sabah bizimlə əməkdaşlıq etsinlər".

M.Pənahov qeyd edib ki, seçkiləri müşahidə etmək üçün 50 551 nəfərə qədər müşahidəçi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti