...

Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 30 Dekabr 2014 13:00 (UTC +04:00)
Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Bu məsələ Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovla İordaniyanın Korrupsiya əleyhinə komissiyasının rəhbəri Samihə Bino arasında keçirilən görüş zamanı müzakirə olunub.
Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Cəmilə Cəfərova/

Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Bu məsələ Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovla İordaniyanın Korrupsiya əleyhinə komissiyasının rəhbəri Samihə Bino arasında keçirilən görüş zamanı müzakirə olunub. Bu barədə Trend çərşənbə axşamı İordaniyanın "Jordan" informasiya agentliyinə istinadən xəbər yayıb.

Samihə Binonun sözlərinə görə, rəhbərli etdiyi təşkilat regional və beynəlxalq əməkdaşlığın, korrupsiya ilə mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə hədəflənib.

Səfir Ağabəyov görüşdə Azərbaycandakı analoji strukturun fəaliyyəti haqqında danışıb. Diplomat, həmçinin Azərbaycanla İordaniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etməsindən razılığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti