...

İordaniyada 40 günlük matəm elan edildi

Siyasət Materials 23 Yanvar 2015 10:34 (UTC +04:00)
İordaniya Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 40 gün matəm elan edib.
İordaniyada 40 günlük matəm elan edildi

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İordaniya Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 40 gün matəm elan edib. Bu barədə Trend İordaniyanın Petra informasiya agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İordaniya Haşimilər Krallığının başçısı II Abdullah İbn Əl-Hüseyn Səudiyyə Ərəbistanı Kralının vəfatı ilə əlaqədar Davos forumunda iştirakını yarımçıq qoyaraq Səudiyyə Ərəbistanına gedib.

Dünən Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən kralın yerinə vəliəhd Şahzadə Salman ibn Əbdüləziz təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti