...

"Türkiyəni Aİ-yə üzv olmaq məsələsi maraqlandırmır"

Siyasət Materials 24 Yanvar 2015 14:52 (UTC +04:00)
Türkiyəni Avropa İttifaqına (Aİ) üzv olmaq məsələsi maraqlandırmır.
"Türkiyəni Aİ-yə üzv olmaq məsələsi maraqlandırmır"

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyəni Avropa İttifaqına (Aİ) üzv olmaq məsələsi maraqlandırmır. Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Ankara Aİ-ni sınaqdan keçirir: "Aİ həqiqətənmi demokratik sistemdir, yoxsa xristian klubudur? Bunu sınayırıq".

Ərdoğan bildirib: "Aİ Türkiyənin bu struktura üzv olmaq üçün yalvaracağını düşünürsə, səhv edir".

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti