...

Səməd Seyidov və Asim Mollazadə ABŞ-a gedirlər

Siyasət Materials 26 Yanvar 2015 19:23 (UTC +04:00)
Səməd Seyidov və Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.
Səməd Seyidov və Asim Mollazadə ABŞ-a gedirlər

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə "Avropanın Şərqində transatlantik strategiyaya doğru" mövzusu ətrafında müzakirələr aparılacaq.

Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 4-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti