...

Maykl Rubin: Obama müttəfiqləri ABŞ-dan şübhələnməyə vadar etdi

Siyasət Materials 27 Yanvar 2015 13:07 (UTC +04:00)
ABŞ prezidenti öz ölkəsinin vətəndaşları arasında etibarını itirdikdə, o, bir qayda olaraq yeni prezidentin gəlişi ilə bərpa olunur. Lakin beynəlxaql miqyasda itirilmiş nüfuz və etibarın bərpası on illərlə zaman tələb edə bilər.
Maykl Rubin: Obama müttəfiqləri ABŞ-dan şübhələnməyə vadar etdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

ABŞ Prezidenti öz ölkəsinin vətəndaşları arasında etibarını itirdikdə, bu, bir qayda olaraq, yeni prezidentin gəlişi ilə bərpa olunur. Lakin beynəlxalq miqyasda itirilmiş nüfuz və etibarın bərpası on illərlə zaman tələb edə bilər. Pentaqonun Yaxın Şərq üzrə sabiq müşaviri, Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin belə hesab edir.

Rubin çərşənbə axşamı Trend-ə deyib: "Təəssüf ki, məhz Obamanın Rusiyaya laqeyd münasibəti öz növbəsində bu ölkənin cəsarətləndirdi və ABŞ-ın Baltikyanı, Azərbaycan və Polşa kimi müttəfiqləri Amerikaya şübhə etməyə başladılar".

Onun sözlərinə görə, ABŞ-ın növbəti prezidentinin başlıca prioritetlərindən biri müttəfiqlərin və tərəfdaşların ölkəyə etimadının bərpası olacaq: "ABŞ Azərbaycanın simasında müttəfiqlərinə sübut etməlidir ki, biz onları Rusiyanın Ermənistan kimi "müvəkkil şəxsləri"nin təhdid və təcavüzlərindən müdafiə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti